Zelenski: Ukrayna Aİ-yə qoşulacaq

Ukrayna prezidenti Volodimir Zelenski Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı ölkəsinin Avropa İttifaqına üzvlüyünün vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
“Ukrayna Avropa İttifaqına qoşulmalıdır və bu, mütləq baş verəcək”, – Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev bu məqsədə çatmaq üçün bütün zəruri addımları atır. Prezident əlavə edib ki, üzvlük prosesinin hər hansı bir ölkənin daxili siyasətinə görə yubadılması yolverilməzdir:
“Burada söhbət keçmişdə yaşadığımız problemlərdən getmir. Əsas məqsəd – hər cür Rusiyadan asılılıqdan qaçmaqdır”, – deyə Zelenski vurğulayıb.
Fatimə Məmmədova
18:27 29.09.2025
Oxunuş sayı: 2653