Şabranda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti
Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin
edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Crossmedia.az xəbər verir ki, bu çərçivədə xidmət tərəfindən Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində yerləşən "Fidan" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektdə avtomatik
yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, elektrik təsərrüfatı
"Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun
quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının
gərginliyə qarşı müqaviməti yoxlanılmayıb, obyekt ilkin yanğınsöndürmə
vasitələri ilə tam təmin edilməyib, obyektin mətbəxinin tavan hissələri yanar
material olan lambirlə üzlənilib, yanğın zamanı insanların təxliyə olunması
üçün köçürmə planı tərtib olunmayıb, taxta konstruksiyalara odadavamlı məhlul
hopdurulmayıb, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu
göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an
baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq,
yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması
faktları aşkar edilmiş Şabran şəhəri, Bakı-Quba yolunun 122-ci kilometrliyində
yerləşən "Fidan" restoranının fəaliyyətinin dayandırılması barədə
Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
22:05 26.09.2025
Oxunuş sayı: 702