Mirhəsən Seyidova ağır itki üz verib

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova ağır itki üz verib. İcra başçısının atası Mirheydər Seyidov vəfat edib.
Mirhəsən Seyidova baş sağlığı diləyir, Allah rəhmət etsin deyirik.
Qeyd edək ki, Mirhəsən Seyidov gəncliyindən daim ölkə əhəmiyyətli ictimai-siyasi layihələrdə olmuş, aktiv fəaliyyəti ilə seçilmişdir. İctimai fəaliyyətə 2005-ci ildən başlayan M.Seyidov müxtəlif zamanlarda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) departament sədri vəzifəsində fəaliyyət göstərmişdir. 2009-cu ildən Dünya Türk Gəncləri Birliyində Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilmişdir. Həmin ilin dekabr ayından isə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ) baş katib müavini olaraq ictimai fəaliyyətinə davam etmişdir. 2012-ci ilin fevral ayından başlayaraq Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı rəsmi Fan Klubuna rəhbərlik edib. 2012-ci ilin iyul ayından ARGTMŞ-də sədr müavini vəzifəsində çalışıb. 2014-cü ilin 27 iyun tarixindən "İRƏLİ" İctimai Birliyinin sədri seçilib. 2015-cidə İctimai TV-nin Yayım Şurasının üzvü seçilmişdir.
2020-ci ilin 5 mart tarixində Prezident İlham Əliyev tərəfindən verilmiş Sərəncama əsasən, Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
18:20 23.09.2025
Oxunuş sayı: 1462