Laçında növbəti əmək yarmarkası keçirilib

“Böyük Qayıdış” Proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, agentlik tərəfindən növbəti əmək yarmarkası Laçın şəhərində təşkil olunub.
“Laçın” İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və digər sahələr üzrə 14 vakansiya təqdim edilib.
Aktiv məşğulluq tədbirində çıxarılan vakansiyalara uyğun namizədlərin ilkin qeydiyyatı aparılıb.
16:50 17.09.2025
Oxunuş sayı: 714