Cəlilabadın Göytəpə şəhərində şəhid adı daşıyan küçələr asfaltlanıb

Cəlilabad rayonunun Göytəpə şəhərində şəhid adı daşıyan küçələr asfaltlanıb.
Crossmedia.az xəbər verir ki, şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda infrastrukturun yenilənməsi istiqamətində asfaltlanma işləri aparılır.
Belə ki, Göytəpə şəhər ərazisində şəhid Rövşən İsmayılov küçəsində 430 metr, İnqilab Niftullayev küçəsində 310 metr, Yusif Məmmədəliyev küçəsində 240 metr, şəhid Akif Xanışov küçəsində 315 metr və Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin həyətində asfaltlanma işləri yekunlaşıb.
Həmçinin Savalan küçəsində 110 metr və N.Nərimanov küçəsi ilə Savalan küçəsini birləşdirən döngədə 94 metr asfalt örtüyünün çəkilməsi üçün işlər yekunlaşıb, yaxın günlərdə asfaltlanma işləri tamamlanacaq
20:06 13.09.2025
Oxunuş sayı: 517