Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb





Bakıda balıq yarmarkası fəaliyyətə başlayıb.
Crossmedia.az xəbər verir ki, yarmarka paytaxtın Nəsimi rayonunda Keşlə Balıq Bazarı (3-cü mikrorayon dairəsi yaxınlığı) ərazisində təşkil olunub.
3 gün davam edəcək yarmarkada dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsulları alıcılara təqdim edilir.
13:50 12.09.2025
Oxunuş sayı: 895