Sumqayıtda 1 400 abonentə qazın verilişində fasilə yaranacaq

Sentyabrın 10-da Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz İB” məlumat
yayıb.
Məlumata görə belə ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir
hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan
qaldırılması ilə əlaqədar olaraq 1 200 abonentin qaz verilişi dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
18:33 09.09.2025
Oxunuş sayı: 1054