Xilaskar sürücü Crossmedia-ya danışdı: Hadisə baş verən an qorxmamışdım, amma...

Bu günlərdə Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ictimaiyyətin diqqət mərkəzinə çevrildi. Qəza zamanı "DAF" markalı yük avtomobilinin digər avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində yolda işıqforun qırmızı işığında gözləməkdə olan 1978-ci il təvəllüdlü İbrahimov Yusif İbrahim oğlunun idarə etdiyi "Changan" markalı avtomobilin üzərinə düşüb. Hər iki avtomobilin sürücüsü, habelə hadisə zamanı "Changan" markalı avtomobildə sərnişin qismində olan 1982-ci il təvəllüdlü Hacıyev Abdulla Əkrəm oğlu ölüblər. nəticəsində insanların yaddaşında həm də qəhrəmanlıq nümunəsi kimi qaldı. Belə ki, sərnişinlərlə dolu avtobus qəfil təhlükə ilə üz-üzə qaldığı anda sükan arxasında olan sürücü soyuqqanlı davranışı ilə faciənin qarşısını aldı. Onun çevikliyi və fədakarlığı nəticəsində onlarla insanın həyatı xilas edildi. Baş verən hadisə zamanı ən böyük qəhrəmanlardan biri və birincidir avtobus sürücüsü Vüsal Məmmədov oldu. O əgər qəza anında öz çevik və soyuqqanlı davranışını nümayiş etdirməsəydi təbii qəzada ölüm halı yüzlərlə ola bilərdi.
Hadisə zamanı şahidlərində qeyd edirlər ki, əgər sürücü cəmi bir an geciksəydi, nəticələr daha dəhşətli ola bilərdi. Qəzadan sonra isə sürücü özü də səhhətində ciddi problemlərə baxmayaraq, sərnişinlərin təhlükəsizliyini ön planda tutduğunun biz şahidi oluruq.
Baş vermiş hadisə ilə bağlı həmçinin verdiyi düzgün qərara görə yüzlərlə sərnişinin xilaskarı olan sürücü Vüsal Məmmədov Crossmedia.az-a açıqlama verib.
Qəhrəman sürücü yaranan vəziyyətin çox ağır olduğunu lakin çevik qərar nəticəsində hadisədən yan qurulduğunu qeyd edib : "Əcəmiyə gedirdim. Çatanda işıqforda dayandım, təxminən 5 saniyə olmuşdu. Birdən yuxarıdan səs gəldi, körpünün üstündən. Bir də baxdım ki, dəmir turbalar avtobusun üstünə gəlir və o anda arxaya hərəkət etdim, maşını geri verdim. Hadisə zamanı qabırğama zərbə dəydi, bir az ağrı hiss elədim. Amma qorxmadım. Əsas qorxunu aşağıda olan sərnişinlərə kömək göstərərkən yaşadım. Çünki onların vəziyyəti məni çox sarsıtdı. Hadisə baş verən an qorxmamışdım, amma insanlara kömək edəndə, onların halını görəndə pis oldum, hətta qorxdum".
O, həmçinin sosial şəbəkələrdə onun mükafatlandırılmasına dair təkliflərə də münasibət bildirib: "Mən öz şərəf və vəzifə borcumu yerinə yetirmişəm. Rəsmi qurumlar necə məsləhət bilsələr elə də olacaq. Qeyd etdiyim kimi mən bu anda heç bir maraq güdməmişəm. Sadəcə olaraq öz vəzifəmi şərəf və ləyaqətlə yerinə yetirmişəm".
Elmir Heydərli
16:21 09.09.2025
Oxunuş sayı: 1526