Xocalı Soyqırımı Memorial Kompleksi belə yaradılır

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir.
Crossmedia.az xəbər verir ki, Memorial kompleksin təməli 2024-cü il fevralın 24-dəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevtərəfindən qoyulub. Dövlət başçısının Sərəncamına uyğun olaraq Xocalı Soyqırımı MemorialKompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləriaparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləriartıq başa çatıb. Yaxın müddətdə daxili tərtibatprosesinə start veriləcək.
Xocalı Soyqırımı Memorial Kompleksinin kontentiHeydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq.
Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, Fondun “Xocalıya ədalət” kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.
14:22 05.09.2025
Oxunuş sayı: 809