Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan RETSİ məlumat yayıb.
35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 10 kV-luq hava elektrik verilişi xəttində yerləşən 108 nömrəli transformator üzərində təmir işləri görüləcək.
Bununla əlaqədar Sədərək rayonunun Sədərək kəndində bu gün saat 14:00-dan 15:00-a qədər elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.
14:01 05.09.2025
Oxunuş sayı: 1034