Bakıda memarlıq abidəsinin fasadına zərər yetirən metal konstruksiyalar sökülür

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalarla bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib məlumat yayıb.
Hazırda məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir.
Bildirilib ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985), bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin müdaxiləsi ilə abidənin fasadına zərər yetirən həmin icazəsiz metal konstruksiyalar sökülür. Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.
“Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qətiyyətlə qarşısı alınacaq.
13:40 05.09.2025
Oxunuş sayı: 863