Bakının dörd rayonunun bəzi ərazilərində qaz olmayacaq

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şam və siyirtmənin quraşdırılması ilə əlaqədar sentyabrın 5-i saat 10:00-dan etibarən bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz"
İstehsalat Birliyi məlumat yayıb.
Belə ki, təmir-bərpa işləri aparılan müddətdə Qaradağ rayonu
üzrə Səngəçal qəsəbəsi, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Sabunçu
rayonu üzrə Bakıxanov qəsəbəsi Y.Əliyev, B.Bünyatov, İ.Anaşkin, Əməkçi küçələrinin
və N.İsmayılov prospektinin bir hissəsinin, Maştağa qəsəbəsinin isə X.Səfərəliyev,
M.Hüseynzadə, M.Şəfai, G.Əsgərova, H.Zərdabi küçələrinin, Yasamal rayonu üzrə
M.Seyidov və H.Zərdabi küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan, Bahar, Dədə
Qorqud qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
22:54 04.09.2025
Oxunuş sayı: 962