DHÇP uşağın tənbəlliyi deyil, beynin fərqli işləməsidir - Psixoloq

Müasir dövrdə uşaqlarda rast gəlinən psixoloji problemlərdən biri də Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntusudur (DÇHP). Bu diaqnoz qoyulan uşaqlar çox vaxt dərslərdə diqqətlərini toplamaqda, uzun müddət sakit oturmaqda və tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər.
Uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova Crossmedia.az-a açıqlamasında DHÇP (Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntu) olan uşaqlara yanaşmada valideynlərin ən çox buraxdığı səhvlərə toxunub: “Valideynlər çox zaman övladının dərsə oturmamasını, diqqətini cəmləyə bilməməsini tənbəllik və ya inad kimi qiymətləndirir. Amma DÇHP (Diqqət Çatışmazlığı və Hiperaktivlik Pozuntu)uşaqlarında problem iradədə deyil, beynin diqqəti idarə edən sistemlərindədir. Bu uşaqlar istəsələr də uzun müddət fokuslana bilmir, çünki diqqət mexanizmləri daha tez dağılır.”
Psixoloqun sözlərinə görə, bu uşaqları daim tənqid etmək onların özünəinamını zəiflədir və əlavə davranış pozuntularına yol açır: “Əgər valideyn uşağın hərəkətliliyini yalnız ‘nizam-intizamsızlıq’ kimi görürsə, uşaq özünü ‘pis’ biri kimi qəbul etməyə başlayır. Halbuki düzgün yanaşma ilə onlar çox yaradıcı, enerjili və uğurlu ola bilirlər. Sadəcə onlara fərqli öyrənmə üsulları və daha çox dəstək lazımdır".
18:02 04.09.2025
Oxunuş sayı: 975