Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakının Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş
Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu ərazisindən keçən magistral su xəttində
aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan etibarən
rayonun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranacaq.
Məlumata görə, avqustun 27-də, günorta saatlarında suyun
verilməsi əvvəlki rejimlə bərpa olunacaq.
19:40 26.08.2025
Oxunuş sayı: 632