Sədərək TM-də baş verən yanğınla əlaqədar olaraq TƏBİB-ə sorğu daxil olub

Bakı şəhəri Qaradağ rayonu ərazisində baş verən güclü yanğınla əlaqədar Tibbi Ərazilərin İdarəetməsi Birliyinə (TƏBİB) müraciət daxil olub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Qeyd edək ki, xəsarət alanlar barəsində əlavə məlumatın veriləcəyi bildirilib.
Elmir Heydərli
14:20 24.08.2025
Oxunuş sayı: 984