Ən çox bəxşiş verən ölkələr bəlli oldu: Azərbaycanda vəziyyət necədir?

Dünyada restoran işçilərinə ən çox bəxşiş verən ölkələr açıqlanıb. Siyahının zirvəsində ABŞ qərarlaşıb. Bir sıra ölkələrdə isə bu ənənənin ümumiyyətlə olmadığı diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti məlumat yayıb.
Araşdırmaya əsasən, Azərbaycanda restoranlarda hesabın 10 faizi miqdarında bəxşiş verilməsi qəbul olunmuş qaydadır. Eyni göstərici Türkiyə, İtaliya, Misir, İsveç, Yunanıstan, Fransa, İspaniya və bir sıra digər ölkələrdə də müşahidə olunur.
Danimarka, Yaponiya, Nigeriya, Sinqapur, Cənubi Koreya və Avstraliyada isə bəxşiş ənənəsi yoxdur. ABŞ-da orta hesabla 20 faiz, Kanadada 15-20 faiz, Norveçdə isə 10-20 faiz bəxşiş verilir.
Beləliklə, Azərbaycan bu göstəriciyə görə dünya üzrə orta səviyyədə yer alan ölkələr sırasındadır.
Nihat Tahirov
11:12 19.08.2025
Oxunuş sayı: 807