Toxuculuq, geyim və ayaqqabı sahələrində 302,2 milyon manatlıq məhsul istehsal edilib

Yanvar-iyul aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 302,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika
Komitəsi məlumat yayıb.
Məlumata görə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
toxuculuq sənayesində 27,5 faiz artım, dəri və dəridən məmulatların,
ayaqqabıların istehsalında 20,3 faiz, geyim istehsalında isə 38,3 faiz azalma
müşahidə olunub.
19:49 15.08.2025
Oxunuş sayı: 745