Bu tarixdən Masallıda qaz kəsiləcək

18 avqustdan Masallının bəzi ərazilərində qaz olmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi ilə əlaqədar, 18 avqust 2025-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində, ümumilikdə 6000 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik", - deyə məlumatda qeyd edilib.
17:15 15.08.2025
Oxunuş sayı: 659