Nikahların sayı artıb, boşanmalar azalıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 24815 nikah və 10350 boşanma halları qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əksini tapıb.
Qeyd edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
15:00 15.08.2025
Oxunuş sayı: 971