Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidə fəaliyyətini bərpa edəcək


2025-ci il 11 avqust tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyevin rəhbərliyilə, QAC Qarabağ Regional Mərkəzinin Koordinatoru Afaq Hüseynzadə və Təchizat Sektorunun rəhbəri Samir Vasilkinin daxil olduğu nümayəndə heyəti Xankəndi şəhərinə səfər ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə QAC məlumat yayıb.
Məlumata görə səfərin əsas məqsədi Cəmiyyətin fəaliyyətini
Xankəndi şəhərində bərpa etməkdən ibarət olub.
23:10 13.08.2025
Oxunuş sayı: 1040