Samuxda zəlzələ qeydə alınıb

Samux rayonu ərazisində zəlzələ baş verib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, 3,1 bal gücündə zəlzələ yerli vaxtla saat 08:46-da baş verib. Yeraltı təkanlar Gəncə seysmik stansiyasından 21 km şimalda, Samux rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, zəlzələ hiss olunmayıb, dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.
09:01 15.07.2025
Oxunuş sayı: 713