“Köhnə binada yeni həyat? – Fond ‘yox’ deyir” - çıxış yolu nədir?

Köhnə tikililərə ipoteka kreditlərinin verilməməsi bir çox vətəndaşın mənzil seçimini məhdudlaşdırır. Əsasən 1970-ci ildən əvvəl inşa olunmuş binaların paytaxtın mərkəzinə yaxın ərazilərdə yerləşməsi isə bu problemi daha da dərinləşdirir. İpoteka və Kredit Zəmanət Fondu bu tip binalardan mənzil seçilməməsini tövsiyə edir.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Crossmedia.az-a açıqlamasında bildirib ki, "Xruşovka" tipli binalara illərdir ipoteka verilməməsi vətəndaşların seçim imkanlarını daraldır:
“Əslində bu məhdudiyyət artıq azı 7-8 ildir tətbiq olunur. Köhnə – yəni 1970-ci ildən əvvəl tikilmiş binalar ipoteka kreditindən kənar saxlanılır. Hazırda yalnız bəzi 1970-ci ildən sonra tikilmiş binalar və 2000-ci ildən sonra inşa olunmuş fərdi evlər ipoteka üçün uyğun sayılır".
Ekspert əlavə edib ki, paytaxtda mərkəzə yaxın ərazilərdə yerləşən binaların əksəriyyəti 50–60-cı illərdə tikildiyi üçün seçim imkanı məhdudlaşır: “Məsələn, Nərimanov rayonunda və ya mərkəz ətrafı yerlərdə bina tapmaq çətindir. Vətəndaş yeni tikili almaq istəsə, bu, ya mərkəzdən uzaq olacaq, ya da qiymət baxımından əlçatan olmayacaq. Köhnə fond və yeni tikililər arasında ciddi fərqlər var və bu da bazarda balansı pozur".
Zəhra Ağayeva
15:50 09.07.2025
Oxunuş sayı: 507