Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb.
Crosmedia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Xatirə Nurlan qızı Əhmədovanın 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.
11:55 20.06.2025
Oxunuş sayı: 805