270 nömrəli məktəbdə unudulmaz rəqs

Bu il “Son zəng” maraqlı və duyğusal anlarla yadda qalıb.
Crossmedia.az xəbər verir ki, belə anlardan biri də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə yaşanıb.
Fatimə Muradova və Süleyman Əliyevin rəqsi tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Bu an həm məktəblilər, həm də müəllimlər üçün unudulmaz duyğular yaşadıb, tədbirə toplaşan hər kəsi qürurlandırıb.
O səhnə bir daha sübut etdi ki, fiziki məhdudiyyət əngəl deyil, əngəllər düşüncələrimizdədir. Fatimənin gülümsəməsi və Süleymanın etdiyi jest – həm sinif yoldaşları, həm müəllimlər, həm də valideynlər üçün unudulmaz mesaj oldu: sevgi, hörmət və empatiya bütün əngəlləri aşmağa qadirdir.
Nəzrin Salmanova
19:50 15.06.2025
Oxunuş sayı: 2666