"AHİK+" adlı yeni elektron layihə hazırlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "AHİK+" adlı yeni elektron layihə hazırlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun Aparat rəhbərinin müavini Abbas Əliyev bu gün keçirilən tədbirdə məlumat verib.
Onun sözlərinə görə, AHİK üzvləri layihə sayəsində xidmət sahələrində 30 faizə qədər güzəştlərdən istifadə edə biləcəklər: "Həmin layihənin artıq son tamamlanma işləri gedir və yaxın müddətdə istifadəyə veriləcək".
A.Əliyev həmçinin bildirib ki, Azərbaycanda ilk dəfə həmkarlara Qurban bayramı ilə bağlı xüsusi kartlar təqdim ediləcək: "Məqsəd AHİK üzvlərinin yanında olmaqdır".
12:50 05.06.2025
Oxunuş sayı: 863