Abşeronda silah-sursat aşkarlanıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Crossmdia.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.
Araşdırma aparılır.
12:36 31.05.2025
Oxunuş sayı: 935