Tanınmış yazıçının yeni kitabı çap olunub


İxtisasca həkim olan yazıçı Məlahət Hümmətqızının “Məktub yetişdi” adlı dördüncü nəsr kitabı çapdan çıxıb.
Crossmedia.az xəbər verir ki, kitaba povest və hekayələr daxil edilib.
Bir neçə hekayə yenidən işlənib və təkmilləşdirilib. Kitabda müxtəlif obrazlara yer verilib; cəmiyyətdə aktual olan məsələlər, baş verən hadisələr, insanların çətinliklərlə üzləşməsi, sonda qalib gəlməsi hekayələrdəki məzmunu, süjet xəttini daha da maraqlı edir.
İnam, etibar, ümid, möcüzə, yaxşılıq kimi səbəblər hekayələri daha da canlandırır.
Qeyd edək ki, M.Hümmətqızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
Onun daha əvvəl “Atasız dünyam”, “Tənha yuva” şeir və “Qız anası”, “Villa”, “Ağ libaslı mələk” nəsr kitabları işıq üzü görüb.
Kənan Novruzov
20:19 22.05.2025
Oxunuş sayı: 5398