İtkin düşən gənc qızın meyiti 40 gün sonra tapıldı

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayına düşən avtomobilin və içərisindəki şəxslərin axtarışları zamanı qadın meyiti aşkarlanıb.
Tapılan meyit aidiyyəti üzrə ekspertizaya göndərilib.
Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, meyit 40 gün əvvəl itkin düşmüş Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya məxsusdur.
Xatırladaq ki, Aytac Məmmədova ötən ay itkin düşüb və axtarışları nəticə verməyib.
Faktla bağlı araşdırma aparılır.
( 24News.ge)
23:38 14.05.2025
Oxunuş sayı: 606