Cəlilabad sakini atdan yıxılaraq həyatını itirib

Cəlilabad rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Biləsuvar rayonu Ovçubərə kəndi ərazisində yerləşən obada qeydə alınıb.
Belə ki, ilkin məlumata görə, Cəlilabad rayonunun Günəşli kənd sakini 1984-cü il təvəllüdlü Əliyev Tofiq Allaverən oğlu ata minmək istəyən zaman yıxılıb və ayağı üzəngiyə ilişib. Daha sonra at onu sürüyüb. Nəticədə T. Əliyev keçinib.
Faktla bağlı araşdırma aparılır.
(Report)
22:30 12.05.2025
Oxunuş sayı: 854