Vətən müharibəsi qəhrəmanının kitabı nəşr olunub

İkinci Qarabağ müharibəsinin iştirakçısı, “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Ceyhun Novruzovuin "Öç" adlı kitabı nəşr olunub.
Crossmedia.az xəbər verir ki, kitab eyni adlı hekayə ilə başlayır. Bu hekayədə Azərbaycanın torpaqlarının işğalından, xalqımızın yox olmaq təhlükəsi ilə üz-üzə qalmasından və onu bu fəlakətdən xilas edərək zəfərə aparan liderlərdən bəhs olunur.
“Xaos” başlığında Azərbaycan SSR dövrü və Sovet imperiyasının dağılmasının səbəbləri əks olunur.
“Qaranlıq” bölməsində 20 Yanvar faciəsi və həmin günlərdə Dənizçilərin göstərdiyi qəhrəmanlıq təsvir edilir.
“Xilaskar” başlığında isə Azərbaycanın yenidən dirçəlməsi, yox olmaqdan son anda xilas edilməsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası geniş şəkildə təqdim olunur.
“30 ilin tənhalığı” bölməsində xalqımızın işğal altında olan torpaqlara olan həsrəti, və bu illər ərzində dünyanın bu ədalətsizliyə susqun qalması ön plana çıxarılır.
“Əsrin sərkərdəsi” başlığında Ali Baş Komandan İlham Əliyevin II Qarabağ müharibəsindəki böyük rolu, həyata keçirilən uğurlu antiterror əməliyyatları və xalqımızın qazandığı şanlı zəfər ətraflı şəkildə əks etdirilir.
Qeyd edək ki, Murovdağ yüksəkliyində aparılan döyüşlərdə top komandiri kimi iştirak etmiş və xidmətinə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Ceyhun Novruzov kitab təqdimatına hazırlaşır.
Zümrüd Əsədova
15:11 08.05.2025
Oxunuş sayı: 839