Sumqayıtda silah-sursat aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb. Hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd alışdırıcı və 7 ədəd “Kalaşnikov” avtomatına məxsus patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. (report)
08:56 05.05.2025
Oxunuş sayı: 693