Sahib Məmmədov: "Azərbaycanın Süni İntellekt Strategiyası ölkəni regionda liderə çevirəcək"

Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası ölkənin regionda süni intellekt sahəsində liderlərdən birinə çevrilməsinə imkan verəcək.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, sözügedən strategiya Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və ölkənin dünya süni intellekt ekosistemində əhəmiyyətli yer tutmasını təmin etmək üçün əsas sənədlərdən biridir.
11:25 28.04.2025
Oxunuş sayı: 868