James Webb Teleskobu uzaq planetdə həyat aşkarladı

NASA-nın James Webb Kosmik Teleskobu, Günəş sistemi xaricində yerləşən K2-18b adlı planetdə həyat ehtimalına dair güclü, lakin hələlik qəti olmayan izlər aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, Cambridge Universitetinin tədqiqat qrupu, bu planetin atmosferini araşdırarkən Yerdə yalnız sadə orqanizmlər tərəfindən istehsal olunan molekulların izlərinə rast gəldiklərini bildirib.
Bu, Webb teleskopunun K2-18b planetində həyatla əlaqələndirilən kimyəvi maddələri ikinci dəfə və daha ümidverici şəkildə müşahidə etməsidir.
Lakin həm tədqiqatçılar, həm də müstəqil astronomlar nəticələrin dəqiqləşdirilməsi üçün əlavə məlumatlara ehtiyac olduğunu vurğulayıblar.
Tədqiqat qrupunun rəhbəri, Cambridge Universitetinin Astronomiya İnstitutundan professor Nikku Madhusudhan, tezliklə bu izlərin mübahisəsiz sübuta çevriləcəyinə ümid etdiyini deyib.
Mədinə Cəlilova
22:00 19.04.2025
Oxunuş sayı: 1151