Gəncədə 23 yaşlı gəncin boğazı kəsilib

Gəncədə 23 yaşlı gənc oğlanın boğazı kəsilib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
08:53 06.04.2025
Oxunuş sayı: 1261