Samsung One UI 7 yeniləməsini alacaq cihazların siyahısını genişləndirdi

Samsung, One UI 7 yeniləməsini alacaq Galaxy cihazlarının siyahısını daha da genişləndirdiyini açıqlayıb. Şirkətin Sinqapur bölməsi tərəfindən yayımlanan mətbuat açıqlamasına əsasən, yeniləməni alacaq modellər təkcə son buraxılan cihazlarla məhdudlaşmır, həmçinin 2021-ci ilin modellərinə qədər uzanır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yalnız Galaxy S24 və S23 seriyası, Z Fold6 və Z Flip6, eləcə də Galaxy Tab S10 və Tab S9 modellərinin yenilənəcəyi məlum idi. Yeni siyahıda yer alan cihazlar: Galaxy S seriyası, Galaxy Z seriyası, Galaxy Tab seriyası.
Samsung-un açıqlamasında Galaxy A seriyası ilə bağlı ətraflı məlumat verilməsə də, bu seriyadan bir sıra cihazların da One UI 7 yeniləməsini alacağı gözlənilir.
Əldə olunan məlumata görə, One UI 7 yeniləməsi bəzi bölgələrdə 7 aprel tarixindən etibarən yayımlanmağa başlayacaq. Digər regionlarda bu tarix 10 və ya 14 aprelə təsadüf edəcək.
Zeynəb Yunuszadə
14:04 21.03.2025
Oxunuş sayı: 1079