Kosmosda doqquz ay məhbus qalan astronavtlar Yerə döndü

Beynəlxalq Kosmik Stansiyada (ISS) doqquz ay məhbus qalan iki astronavt, təxminən 16 saat davam edən səyahətdən sonra Yerə çatıb.
Astronavtları daşıyan SpaceX kapsulu 19 mart tarixində, Bakı vaxtı ilə saat 04:05-də Floridanın sahillərində okeana eniş edib.
Crossmedia.az NASA-ya istinadən bildirir ki, xilasetmə qrupu ilkin təhlükəsizlik yoxlamalarını aparmaq və paraşütləri götürmək üçün “sürətli qayıqlarla” kapsula yaxınlaşıb. Daha sonra eniş nöqtəsindən təxminən 3,2 km uzaqlıqda yerləşən SpaceX-in xilasetmə gəmisi kosmik aparata doğru hərəkət edib.
Kosmik aparat xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb və qapaq açılıb. Beləliklə, uzun aylar kosmosda qalan astronavtlar ilk dəfə təmiz hava alıb.
Mədinə Cəlilova
14:50 19.03.2025
Oxunuş sayı: 1004