31 il əvvəl "20 Yanvar" metrostansiyasındakı terror: tarixdə bu gün

1994-cü il martın 19-da Bakıdakı "20 Yanvar" metrostansiyasında baş verən terror aktından 31 il keçib. Saat mexanizmi ilə hazırlanan partlayıcı qurğu, qatar stansiyada dayanarkən, qatarda başı olan vaqonda partlayıb.
Crossmedia.az xəbər verir, terror aktı nəticəsində 14 nəfər həyatını itirib, 49 nəfər isə müxtəlif dərəcəli yaralanıb.
Qeyd edək ki, həlak olanlar arasında Azərbaycanın xalq artisti, caz sənətçisi Rafik Bəxşəliyev də olub.
Məlumata görə, məhkəmə terror aktının Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini və separatçı "Sadval" təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib. Eyni zamanda, "Sadval" aktivistlərinin Ermənistanda dəfələrlə olub, orada Rusiya xüsusi xidmət orqanları ilə fəal əməkdaşlıq etdikləri də müəyyənləşdirilib.
Fatimə Məmmədova
11:05 19.03.2025
Oxunuş sayı: 1488