Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Xəzər rayonunun Mərdəkan prospektində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə 19.03.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, qaz təchizatı dayandırılan müddətdə Mərdəkan qəsəbəsində İ.Nəsimi, Ş.İ.Xəqani, M.Ə.Sabir, Məmmədyarov və Aviaşəhərcik küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaqdır.
09:15 19.03.2025
Oxunuş sayı: 906