“Meydan" TV işi üzrə həbs olunan jurnalistin həbs müddəti uzadılıb

“Meydan" TV işi üzrə həbs olunan jurnalist Ramin Deko (Cəbrayılzadə) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.
Crossmedia.az xəbər verir ki, təqdimata bu gün Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmə vəsatət təmin edilərək həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib. Bu gün adı çəkilən şəxslərin də barəsində seçilən həbs qətimkan tədbirinin uzadılmasına baxılacaq.
Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
12:49 14.03.2025
Oxunuş sayı: 725