Pakistanlı “hüquq müdafiəçisi”nin Ruben Vardanyanı müdafiə planı ifşa olundu

Məlumata görə, Pakistanlı bir müdafiəçi Sayeda Qulam Fatima Bakıda terrorizmi və separatizmi dəstəkləməkdə ittiham olunan Ruben Vardanyanın məhkəmə prosesində iştirak etmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın Diplomatic News Agency (DNA) və olkənin aparıcı media orqanları məlumat yayıb.
Məqalədə qeyd olunur ki, onun milyarder Vardanyanla əlaqəsi “humanist prinsipləri”nə ciddi şübhə yaradır. Hüquq müdafiəçisi kimi tanınan Fatima nədənsə Ermənistanın terror aktlarının qurbanlarını deyil, çirkli pulların yuyulması və separatizmin maliyyələşdirilməsi ilə əlaqələndirilən bir şəxsi müdafiə etməyə üstünlük verir.
Jurnalist araşdırmaları onun motivlərinin heç də humanitar dəyərlərlə bağlı olmadığını üzə çıxarıb. Belə ki, hələ 2016-cı ildə Ruben Vardanyan ona “Avrora” mükafatı adı altında 100 min dollar məbləğində vəsait ayırıb.
Qeyd edək ki, bu onun Bakıya məhkəmə prosesində iştirak üçün gəlmək niyyətinin sadəcə hüquqi və ya humanitar maraqdan doğmadığını, daha geniş bir şəbəkənin tərkib hissəsi olduğunu sübut edir.
Məqalədə vurğulanır ki, S. Qulam Fatima Xocalı faciəsinin qurbanlarının hüquqlarını müdafiə etmək əvəzinə, anti-Azərbaycan terrorizmini və çirkli maliyyə əməliyyatlarını dəstəkləyən şəxslərlə əməkdaşlıq etməyi seçib.
Bu isə onun həqiqi məqsədləri və əslində kimlərin maraqlarına xidmət etdiyinə dair ciddi etik suallar doğurur.
Bildirilir ki, Bakıda keçirilən məhkəmə prosesi təkcə Ruben Vardanyan üçün hüquqi məsuliyyət yaratmır, həm də onun qanunsuz fəaliyyətini dəstəkləyənlərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Məmmədova
21:45 10.03.2025
Oxunuş sayı: 1027