Twitter istifadəçiləri giriş problemi yaşayır

10 mart 2025-ci il saat 10:30-dan etibarən X (Twitter) platformasına girişdə problemlər yaşanır. Minlərlə istifadəçi platformaya daxil ola bilmədiyini bildirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Downdetector məlumat yayıb.
Belə ki, X-ə girişdə qlobal miqyasda fasilələr müşahidə olunur. İstifadəçilər "Bir problem yarandı. Yenidən yükləyin" xətası ilə qarşılaşırlar.
Qeyd edək ki, problemin səbəbi hələlik məlum deyil, lakin müvəqqəti olduğu ehtimal edilir. Xidmətin tezliklə bərpa olunacağı gözlənilir.
Fatimə Məmmədova
15:14 10.03.2025
Oxunuş sayı: 846