Milli Qəhrəmanımız Hökumə Əliyeva adına xizək yarışı

Qazaxıstan, Aktau şəhərində təyyarə qəzasında həlak olan AZAL-a məxsus təyyarənin stüardessası, Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsinə həsr olunmuş dağ xizək yarışlarının Avrasiya Dağ Kurortları Alyansına daxil olan ölkələrdə uşaqlar arasında keçirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Qazaxıstanın turizm və idman üzrə vitse-naziri Erjan Erkinbayev, bu təkliflə Şahdağda keçirilən Avrasiya Dağ Turizmi Forumunda çıxış edib və Hökumə Əliyevanın qəhrəmanlığının yaddaşlarda əbədi yaşamasının vacibliyini vurğulayıb.
Pərvin Hacıyeva
17:38 04.03.2025
Oxunuş sayı: 692