Deutsche Telekom və Perplexity 1000 dollardan ucuz süni intellekt telefonu təqdim edib

Crossmedia.az saytının xarici mənbələrə istinadən əldə etdiyi məlumatlara görə, Alman telekommunikasiya nəhəngi Deutsche Telekom (DT) və süni intellekt sahəsində ixtisaslaşan Perplexity yeni "AI Phone" (Süni İntellekt Telefonu) modelini təqdim edib. Bu yeni cihaz MWC 2024 sərgisində elan olunub və 1000 dollardan ucuz qiymətə satılacaq.
DT bu smartfonu Picsart və digər şirkətlərlə əməkdaşlıq çərçivəsində hazırlayıb. Cihaz, DT-nin yeni "Magenta AI" adlı süni intellekt köməkçisi ilə təchiz olunub. Şirkət bildirir ki, bu, süni intellekt funksiyalarına fokuslanan, lakin aşağı büdcəli bir smartfon olacaq.
DT-nin verdiyi açıqlamaya görə, "AI Phone" 2024-cü ilin ikinci yarısında təqdim olunacaq və 2026-cı ildə Avropa bazarında satışa çıxarılacaq.
Deutsche Telekom-un süni intellekt strategiyası
Şirkətin idarə heyətinin üzvü Claudia Nemat, keçirdiyi mətbuat konfransında "Biz süni intellekt şirkətinə çevrilirik" deyə bildirib. Onun sözlərinə görə, DT böyük dil modelləri yaratmaq niyyətində deyil, lakin süni intellekt agentləri sahəsində inkişaf etməyi planlaşdırır.
Bu yeni smartfon süni intellekt əsaslı mobil cihazlar bazarında yeni bir trendin başlanğıcı ola bilər.
Zeynəb Yunuszadə
14:20 04.03.2025
Oxunuş sayı: 589