Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 7 tüfəng, 3 qumbara, 2 süngü-bıçaq, 2 alışdırıcı, 17 patron darağı və 1873 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
16:29 01.03.2025
Oxunuş sayı: 608