Gəncədə dörd ev yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən bir-birinə bitişik tikilmiş evlərdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Baş vermiş yanğın əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70 kv.m. olan 1 mərtəbəli 3 otaqlı evin hamamının tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m. sahədə, ümumi sahəsi 50 kv.m. olan 1 mərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m. sahədə, ümumi sahəsi 75 kv.m. olan 1 mərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 60 kv.m. olan 2 mərtəbəli (hər mərtəbəsi 30 kv.m.) 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.
17:49 28.02.2025
Oxunuş sayı: 990