Microsoft Skype-ı bağlayır

Microsoft-un Skype-ı may ayında bağlayacağı barədə xəbərlər yayılıb. Skype-ın kodunda istifadəçilərə Microsoft Teams-ə keçməyi tövsiyə edən bildirişlər aşkar edilib.
Crossmedia.az xəbər verir ki, rəsmi məlumatlara görə, Microsoft bu barədə heç bir açıqlama verməyib. Şirkət daha əvvəl yalnız Skype for Business Online xidmətini 2021-ci ildə dayandırmışdı və 2025-ci ildə Skype for Business Server-in dəstəyi dayandırılacaq.
Hazırda adi istifadəçilər üçün Skype-ın tamamilə bağlanması ilə bağlı rəsmi təsdiq yoxdur. Microsoft-un gələcək planları ilə bağlı yenilikləri izləmək tövsiyə olunur.
Fidan Xəlilova
15:23 28.02.2025
Oxunuş sayı: 5542