Qazaxda ev yandı

Qazax rayonu, Əliağa Şıxlınski küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 400kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən, bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yeddiotaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində bir otağın tavanı və dam örtüyünün taxta atmaları 50 kv.m. sahədə yanıb.
Evin böyük hissəsi və bitişik ev yanğından mühafizə olunub.
15:35 27.02.2025
Oxunuş sayı: 1107