CROSSMEDIA - Ordumuzun hərbi qulluqçusu vəfat edib
Hadisə

Ordumuzun hərbi qulluqçusu vəfat edib

Türkiyədə xəstəxanaya yerləşdirilmiş Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Rusiyada hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunan kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyənin Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilib, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

18:03 26.02.2025

Oxunuş sayı: 1029

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR