Kür çayında iki nəfər batıb - YENİLƏNİB

Samuxda Kürdə balıq tutmaq istəyən zaman batan şəxslərin kimliyi məlum olub.
Crossmedia.az xəbər verir ki, batanlar Şəmkir rayon sakini 1999-cu il təvəllüdlü M. İsmayılov və Samux rayon sakini 2003-cü il təvəllüdlü İ. Şubliyevdir.
Hazırda həmin şəxslərin axtarışı davam etdirilir
XXX
21:07
Kür çayının Samuxdan keçən hissəsində iki nəfər batıb.
Crossmedia.az xəbər verir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batan şəxslərin balıqçı olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
21:32 19.02.2025
Oxunuş sayı: 3630