41 kiloqramdan artıq narkotik aşkarlanıb

Fevralın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Crossmedia.az xəbər verir ki, aşkar edilən narkotik vasitələr arasında 12,1 kiloqramdan artıq heroin, 28,3 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox metamfetamin olub.
11:13 19.02.2025
Oxunuş sayı: 3328